Azərbaycan bayatılarında ümumi məzmun məsələləri - Nuridə İsmayılova

Azərbaycan xalqının ruhuna uyğun şeir forması dedikdə ağıla gələn iki janrdan biri bayatıdır. Bayatının ümumi məsələləri barədə indiyədək çox yazılıb. Amma əksmənalı bayatılar haqqında bir o qədər məlumat yoxdur. Əksmənalı bayatılar sırf əksmənalı sözlər vasitəsilə yaranmır. Onlarda məna ziddiyyət təşkil edir. Məsələn, yazdığım belə bir bayatıya diqqət yetirək:

Əzizinəm, gecədir.
Nəm gözlərin gecədir.
Qəmlə yoldaş olanın
Bir dostu da gecədir.

Davamı →

Şifahi xalq yaradıcılığı

Xalqımızın zəngin şifahi ədəbiyyatı vardır. Söz sənətimizin ilk örnəkləri qədim dövrlərdə yaranmış, dildən-dilə, ağızdan-ağıza keçərək yaşamış və zənginləşmişdir. Şifahi xalq ədəbiyyatına folklor da deyilir. İngilis dilindən götürülmüş bu termin - folk  — xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır.

Azərbaycan xalqının yüzillər boyu yaratdığı şifahi xalq ədəbiyyatı onun tarixi, mədəniyyəti, mənəviyyatı, həyat tərzi, adət-ənənələri haqqında zəngin məlumat verən əsas qaynaqlardan hesab olunur. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücünü parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti geniş bədii əksini tapmışdır.


Davamı →

Güldürən, düşündürən qaravəllilər

«Qaravəlli Azərbaycan folklorunun tarixən aktual janrlarından olub. Qaravəlli mətnləri epik növə daxil olan nağıl, lətifə, əfsanə, rəvayət və s. kimi janrlardan ciddi şəkildə fərqlənir: epik və dramatik növün fövqündə dayanan, mətn-təhkiyə tərəfilə epik folklora, mərasimi tərəfilə dramatik folkora aid olan janrdır». Folklorşünas Tahir Orucov bu fikirdədir.
Azərbaycan folkloru olduqca zəngindir. Son illər folklorşünaslığımızda bir çox problemlərlə bağlı maraqlı araşdırmalar yaranıb. Tahir Orucov ilk dəfə olaraq 200-ə qədər qaravəlli mətnini geniş araşdırmaya cəlb edib. Bu araşdırmada qaravəllilərin digər epik janrlar içərisində yeri müəyyənləşdirilib, qaravəlli janrının təsnifatı aparılıb. T.Orucov deyir: «Qaravəlli janrı Azərbaycan folklorunun epik növünə daxil olan janr kimi uzun onilliklər ərzində diqqətdən kənarda qalıb.
Ardı →

Cinas bayatılar

Əzizim, sərin ayaz,
Göy bulud, sərin ayaz.
Dosta gələn qadanı
Düşmənin sərinə yaz

Əzizim, kasad olmaz
Mərd əli kasad olmaz
Yüz namərdin çörəyin,
Doğrasan, kasa dolmaz.


Ardı →